Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planına uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin bağlar ərazisində həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində bir sıra kommersiya obyektlərində və fərdi yaşayış evlərində içməli sudan qanunsuz istifadə halları aşkarlanaraq qarşısı alınıb.
BUTA.TV xəbər verir ki, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən quşçuluq təsərrüfatı obyektində suyun talanması faktı aşkar edilib. Məlum olub ki, obyektin su təchizatı bir müddət əvvəl qanunsuz istifadəyə görə dayandırılıb. Obyekt sahibi texniki şərt almaq, müqavilə bağlamaq əvəzinə yenidən özbaşına xətt çəkərək suyu talayıb.
Novxanı çimərliyi ərazisində yerləşən “Karadeniz” və “Noso Beach” istirahət mərkəzlərində də sudan qeyri – qanuni istifadə faktı müəyyən edilib. Hər iki obyekt texniki şərt almadan, müqavilə bağlamadan suyu talayıb. Sumqayıt şəhəri, Corat bağları, Göygöl küçəsində fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan şəxslər də inşaat işlərində özbaşına çəkilmiş su xəttindən istifadə edib.
- General-polkovnik Xəlil Aslanova 17 il həbs verildi
- İran Rusiyada kəşfiyyatı genişləndirdi: nə əldə etmək istəyir?
- Diplomatlarımıza həbsdəki ermənilər barədə məlumat verildi
- Azərbaycanla danışıqlar aparırıq, hazırıq - Mirzoyan
- Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirildi
- Kurenkov Bakıya gəldi
- Rusiya Azərbaycanla qarşıdurmaya girsə... - Ukraynalı siyasətçi
- Bakı-Moskva münasibətləri gərginləşdi – Zatulin “aktivləşdi”