Priqojin rusları kapitulyasiyaya hazırlayır - Piontkovski

17:30 - 15 İyun 2023 - GÜNDƏM

 Priqojin rusları kapitulyasiyaya hazırlayır - Piontkovski

"Vaqner" rəhbəri Yevgeni Priqojin rusları Ukraynaya qarşı müharibədə məğlubiyyətin qaçılmaz olduğuna kökləyir.

BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.

“O bunu tək etmir, əhatəsində çoxlu nüfuzlu adamlar var. Yoxsa indiyə kimi onu öldürərdilər”, - Piontkovski bildirib.

Onun sözlərinə görə, Priqojin Rusiya müdafiə nazirinə, Baş Qərargah rəisinə meydan oxuyur, onların əmrlərini qətiyyətlə yerinə yetirmir və sosial şəbəkə istifadəçilərin 85%-i onu dəstəkləyir:

“Priqojin çox vacib funksiya yerinə yetirir. O bu kütləyə müraciət edir və onları məğlubiyyətin qaçılmaz olduğuna inandırır və kapitulyasiyaya hazırlayır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol