Türkiyənin Konya şəhərində "Anatolian Phoenix - 2023" ("Anadolu Ankası - 2023") beynəlxalq axtarış-xilasetmə təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.
Müdafiə Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, əvvəlcə iştirakçılara təlimin gedişatı, qarşıda duran tapşırıqların məqsədi və yerinə yetirilməsi barədə statistik məlumatlar, eləcə də beynəlxalq təlimə həsr olunmuş qısametrajlı videogörüntü təqdim olunub.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra təlim bazasında "Anatolian Phoenix - 2023" ("Anadolu Ankası - 2023") beynəlxalq axtarış-xilasetmə təliminə cəlb edilən iştirakçılar tərəfindən müxtəlif epizodların praktiki icrası qonaqlar tərəfindən izlənilib.
Qeyd olunub ki, ölkəmizi beynəlxalq təlimdə təmsil edən Azərbaycan Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Xüsusi Təyinatlı Qüvvələrinin şəxsi heyəti yüksək peşəkarlıq nümayiş etdirib.
Sonra "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün planına uyğun olaraq Türkiyə Hərbi Hava Qüvvələrinin "Solo Türk" və "Türk Yıldızları" aviaqrupunun təqdimatında nümunəvi uçuşlar keçirilib.
Sonda xatirə fotosu çəkdirilib.
- Tələbələrə şad xəbər: nəqliyyat güzəşti... - Deputat
- Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat
- Bu şəxslərin maaşlarında artım oldu
- Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur
- İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev
- Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN
- Heç kim yaşamaq istədiyi həyatı yaşamır
- ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski