Türkiyənin Konya şəhərində "Anatolian Phoenix - 2023" ("Anadolu Ankası - 2023") beynəlxalq axtarış-xilasetmə təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.
Müdafiə Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, əvvəlcə iştirakçılara təlimin gedişatı, qarşıda duran tapşırıqların məqsədi və yerinə yetirilməsi barədə statistik məlumatlar, eləcə də beynəlxalq təlimə həsr olunmuş qısametrajlı videogörüntü təqdim olunub.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra təlim bazasında "Anatolian Phoenix - 2023" ("Anadolu Ankası - 2023") beynəlxalq axtarış-xilasetmə təliminə cəlb edilən iştirakçılar tərəfindən müxtəlif epizodların praktiki icrası qonaqlar tərəfindən izlənilib.
Qeyd olunub ki, ölkəmizi beynəlxalq təlimdə təmsil edən Azərbaycan Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Xüsusi Təyinatlı Qüvvələrinin şəxsi heyəti yüksək peşəkarlıq nümayiş etdirib.
Sonra "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün planına uyğun olaraq Türkiyə Hərbi Hava Qüvvələrinin "Solo Türk" və "Türk Yıldızları" aviaqrupunun təqdimatında nümunəvi uçuşlar keçirilib.
Sonda xatirə fotosu çəkdirilib.
- Bakı-Moskva münasibətləri gərginləşdi – Zatulin “aktivləşdi”
- Peskov: Rusiya Azərbaycanda onları müdafiə edir
- Kremldən Bakı ilə bağlı mühüm açıqlama
- Rusiyadan dəhşətli xəbərlər gəlir: Bu sektordakı azərbaycanlılar...
- İsrailli rəsmidən fars dilində müəmmalı paylaşım: Bazar ertəsi…
- Rusiya ilə gərginlik belə bitəcək - Sabiq nazir
- Ərdoğanla görüşdüyünə görə Kreml qəzəbləndi
- Bakı ilə İrəvanın yaxınlaşması Rusiyaya ən ağır zərbədir - Saakaşvili