ABŞ Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən narahatdır.
BUTA.TV xəbər verir ki, bu barədə brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.
"Biz vəziyyətlə bağlı hələ də narahatıq və hər iki tərəfi qalan fikir ayrılıqlarını aradan qaldırmaq üçün birgə çalışmaya çağırırıq. Ümumiyyətlə, biz inanırıq ki, sülh razılaşması hələ də əldə edilə bilər və irəliyə doğru getmək üçün hər iki tərəflə görüşməyi səbirsizliklə gözləyirik", - deyə o bildirib.
Qeyd edək ki, 15 iyun 2023-cü il tarixdə, saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb. Cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Yaralanan hərbi qulluqçuya ilkin tibbi yardım göstərilib, həyatı üçün təhlükə yoxdur.
- Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar...
- ABŞ İrana zərbələr endirir
- 4 rayonda fasilələrlə işıq kəsiləcək
- Arvadını qətlə yetirən Coşqun 1 ay öncə həbsdən çıxıbmış - Video
- Sabah Bakının bu ərazisində işıq olmayacaq
- Samuxda ağır qəza - 3 nəfər öldü - Yenilənib
- Valideynlərin diqqətinə: Məktəb seçimi bu tarixdən başlayır
- “Zirə” ilk oyunu darmadağınla qazandı - Yenilənib+Video