Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar olaraq Avropa ölkələri hərbi büdcələrini sürətlə artırmağa başlayıblar, lakin Avropa silah sənayesi bütün tələbatı ödəməyə hazır deyil.
BUTA.TV xəbər verir ki, bu barədə "Politiko" nəşrində dərc olunan məqalədə bildirilib.
Qeyd olunub ki, avropalıları Amerika hərbi-sənaye kompleksi xilas edir:
"2022-ci ildə Avropa xərcləri 13 faiz artıraraq, 345 milyard dollara çatdırdı. Bunun demək olar ki, üçdə biri Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinə yönləndirildi".
Məqalə müəllifləri qeyd edirlər ki, hazırda Avropa ölkələri müdafiə alışlarının təxminən yarısını ABŞ texnikasına xərcləyir və Vaşinqton bu asılılığın qalmasını təmin etməyə çalışır. Avropa liderləri, əksinə, öz hərbi sənayesini inkişaf etdirmək əzmindədirlər, lakin bununla bağlı hələ də açıq problemlər var.
- Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar...
- ABŞ İrana zərbələr endirir
- 4 rayonda fasilələrlə işıq kəsiləcək
- Arvadını qətlə yetirən Coşqun 1 ay öncə həbsdən çıxıbmış - Video
- Sabah Bakının bu ərazisində işıq olmayacaq
- Samuxda ağır qəza - 3 nəfər öldü - Yenilənib
- Valideynlərin diqqətinə: Məktəb seçimi bu tarixdən başlayır
- “Zirə” ilk oyunu darmadağınla qazandı - Yenilənib+Video