Son günlər iyunun 24-də keçiriləcək növbəti sertifikatlaşdırma imtahanında iştirakla bağlı çoxsaylı suallar ünvanlandığından qeyd etmək istərdik ki, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olması ilə bağlı qanun layihəsi hər 3 oxunuşda Milli Məclisdə qəbul olunub. Layihə cənab Prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.
BUTA.TV xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
“Milli Məclisin qəbul etdiyi yeni dəyişikliklərə əsasən, ümumtəhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Yəni əgər orta məktəbdə çalışan müəllimin yaşı 60-dan çoxdursa, o heç bir halda məcburi sertifikatlaşdırmaya cəlb edilə bilməz. Bu halda müəllim yalnız öz istəyi ilə sertifikatlaşdırmada iştirak edə biləcək. Sənəd dövlət başçısı tərəfindən imzalandıqdan sonra hüquqi qüvvəyə malik olur. Onadək isə əvvəlki qaydalar qüvvədədir”, - millət vəkili bildirib.
- Prezident Sərdar Ayaz Sadiqini qəbul etdi
- Tverdə azərbaycanlılar saxlanıldı - Video
- Moskva Bakjıya qarşı hansı təzyiqlərdən istifadə edəcək?
- Rusiya Bakıya heyət göndərir: Putinin şəxsi mesajı...
- Rusiyada bu qurum Azərbaycana müraciət etdi
- Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir, çünki...
- Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?
- Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir