Türkiyə Konya şəhərində keçirilən "Anatolian Phoenix - 2023" ("Anadolu Ankası - 2023") beynəlxalq axtarış-xilasetmə təlimi başa çatıb.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bağlanış mərasimində çıxış edənlər beynəlxalq təlimdə icra olunan fəaliyyətlərin təhlili barədə danışıblar.
Qeyd olunub ki, təlimdə qarşıya qoyulan tapşırıqlar iştirakçı dövlətlərin şəxsi heyəti tərəfindən qarşılıqlı əlaqədə müvəffəqiyyətlə icra edilib.
Tədbirin sonunda iştirakçı heyətlər tərəfindən qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotoları çəkdirilib.
Qeyd edək ki, "Anatolian Phoenix - 2023" ("Anadolu Ankası - 2023") beynəlxalq axtarış-xilasetmə təlimində ölkəmizi Hərbi Hava Qüvvələrinin pilotları, texniki heyəti və aviasiya vasitələri ilə yanaşı, Hərbi Dəniz Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları təmsil edib.
- Putin niyə Bakıya məhz Kurenkovu göndərir?
- Pezeşkianın Xankəndi səfərini qısqananlara... - Rəsmi
- Prezident Sərdar Ayaz Sadiqini qəbul etdi
- Tverdə azərbaycanlılar saxlanıldı - Video
- Moskva Bakjıya qarşı hansı təzyiqlərdən istifadə edəcək?
- Rusiya Bakıya heyət göndərir: Putinin şəxsi mesajı...
- Rusiyada bu qurum Azərbaycana müraciət etdi
- Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir, çünki...