Ərdoğan rədd etdi: Mənə heykəl qoymayın!

19:58 - 16 İyun 2023 - GÜNDƏM

 Ərdoğan rədd etdi: Mənə heykəl qoymayın!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onun heykəlini ucaltmaq istəyən Bolu Bələdiyyə sədri Tanju Özcana rədd cavabı verib.

BUTA.TV Türkiyə mediasına istinadən xəbər verir ki, ötən günlərdə bələdiyyə sədri dövlət başçısına məktub ünvanlayaraq Boluda onun heykəlini ucaltmaq istədiyini və bunun üçün razılığını istəmişdi.

Lakin Türkiyə Prezident Administrasiyasının İnzibati İşlər üzrə İdarəsindən T.Özcana göndərilən cavab məktubunda R.T.Ərdoğanın bu məsələyə razı olmadığı və heykəl üçün nəzərdə tutulan vəsaitin ehtiyacı olan şəxslərə paylanmasının məqsədəuyğun görüldüyü bildirilib.

Bələdiyyə sədri də ictimaiyyətə açıqlamasında sözügedən vəsaitin ədaləti formada Boludakı ehtiyac sahiblərinə çatdırılacağını söyləyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol