Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı davam edir.
BUTA.TV xəbər verir ki, çempionatın beşinci yarış günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində mübarizə aparan sərbəst güləşçilər xalçaya çıxıblar.
Mübarizəyə dörddəbir finaldan qoşulan Bəşir Verdiyev (48 kq) son saniyələrdə qələbəni əldən verib. Güləşçimiz gürcüstanlı Gegi Onianiyə sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub.
Hacı Kərimov (55 kq) əvvəlcə türk Hacı Zadəyə tam üstünlüklə qalib gəlib - 10:0. Dörddəbir finalda rusiyalı İbrahimhacı Maqomedovla görüş gərgin idman mübarizəsi şəraitində keçib. Yekunda 12:10 hesablı qələbə ilə H.Kərimov yarımfinala adlayıb. Millimizin üzvü yarımfinalda fransalı Ubayda İtayevə heç bir şans tanımayaraq (12:0) adını finala yazdırıb. Güləşçimiz həlledici görüşdə ermənistanlı Samvel Gevorqyanla qarşılaşacaq.
Mirzəağa Axundov (65 kq) debütdə isveçrəli Aaron Zberqə 11:0 hesabı ilə qalib gəlsə də, səkkizdəbir finalda türkiyəli Rəmzi Temura müqavimət göstərə bilməyib - 0:12. Rəqib finala yüksəldiyi üçün M.Axundov təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Həmyerlimiz bolqarıstanlı Erdal Qaliplə üz-üzə gələcək.
Şeyxəli Babazadə (80 kq) startda polşalı Bartlomey Novakovskiylə bacarmayıb - 4:9.
Yarışa dörddəbir finaldan başlayan Yusif Dursunov (110 kq) belaruslu Yaraslav Koxanı tam üstünlüklə məğlub edib. Ağstafa güləş məktəbinin yetirməsi yarımfinalda türkiyəli Arda Güləri də vaxtından əvvəl məğlub edərək (11:0) ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Y.Dursunovun finalda rəqibi ermənistanlı Henrik Haykyan olacaq.
Təsəlliverici görüşlər və medallar uğrunda qarşılaşmalar iyunun 17-də keçiriləcək.
- Azərbaycanda Sİ məktəblərdə tədris olunacaq?
- Zaqatalada küçələri su basdı, poçt binasını sel apardı - Video
- “Yaponiya İslam Respublikası tərəfindən 111 raket buraxılıb” - Video
- İranda hava limanı vuruldu - Ölən var
- Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar...
- ABŞ İrana zərbələr endirir
- 4 rayonda fasilələrlə işıq kəsiləcək
- Arvadını qətlə yetirən Coşqun 1 ay öncə həbsdən çıxıbmış - Video