Komandam istədiyimiz oyunu göstərə bilmir - Qurbanov

19:00 - 18 İyul 2023 - GÜNDƏM

 Komandam istədiyimiz oyunu göstərə bilmir - Qurbanov

İlk qarşılaşmamız səfərdə oldu. Bu gün komandam meydanda istədiyimiz oyunu göstərə bilmir. Bizi sabah meydanda ciddi müdafiə olunan rəqib gözləyir. Mən futbolçularıma inanıram və güvənirəm.

BUTA.TV xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Cəbəllütariqin “Linkoln” komandası qəbul edəcək Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov iyulun 18-də Bakıda təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, Tofiq Bəhramov adına Respublika Stadionu bizim üçün doğmadır. Amma avrokubok oyunlarımızı keçirəcəyimiz Bakı Olimpiya Stadionu da bizim üçün məqbuldur. Komandanın bu meydanda da maraqlı oyunları olub. Düşünmürəm ki, futbolçularımıza stadion mənfi təsir etsin. Azarkeşlərimiz üçün maraqlı və baxımlı oyun nümayiş etdirməyə çalışacağıq.

Qeyd edək ki, “Qarabağ” – “Linkoln” matçı iyulun 19-da saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Komandalar arasında ilk matçda Ağdam təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda böyük narazılıq var... - Markov

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol