Xəbər verdiyimiz kimi, Pezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Elçin Əmirbəyov dövlət başçısının xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.
BUTA.TV xəbər verir ki, Elçin Əmirbəyov 2017-ci ilədək ölkəmizin Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən çalışıb. O, daha əvvəl isə Azərbaycanın Fransada səfiri olub.
2017-ci ildən isə Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi vəzifəsini icra edib.
Qeyd olunub ki, E.Əmirbəyov Xəzər Tədqiqatlar Proqramının təqaüdü ilə Harvard Universitetinin Kennedi Məktəbində MPA-İnzibati İdarəetmə (dövlət idarəçiliyi) üzrə magistr təhsili alıb.
Onun səfir kimi fəaliyyəti dövründə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xidmətləri olub.
- “Gözümə gün düşdü” - Aşan avtobusun sürücüsü danışdı+Video
- Prezident Qətər Əmirinə başsağlığı verdi
- I və IV qruplara imtahanlar keçirildi
- Sabah çimərliklərdə hava necə olacaq?
- Sabahın hava proqnozu açıqlandı
- TƏBİB-dən Hacıqabuldakı qəza ilə bağlı - Açıqlama
- Hacıqabulda sərnişin avtobusu aşdı: 21 yaralı
- Bakıda güclü külək, rayonlarda yağış... – Faktiki hava