Bu gün Təbriz dəmir yolu vağzalının açılışının 107-ci ildönümüdür.
BUTA.TV xəbər verir ki, dəmir yolu stansiyası 1916-cı ildə 149 km uzunluğunda Təbriz-Culfa yolunun istismarı ilə açılıb.
Əvvəlcə ruslar tərəfindən hərbi məqsədlər üçün istifadə edilən dəmir yolu 1920-ci ildə Qacar dövlətinə təhvil verilib. 1957-ci ildə isə dəmir yolunun 748 km uzunluğunda olan Təbriz-Tehran xəttinin açılışı olub.
Vağzaldan Təbriz-Razi xətti ilə Türkiyə və Avropaya, Təbriz-Culfa xətti ilə isə Naxçıvan Muxtar Respublikasına beynəlxalq yükdaşımalar həyata keçirilir.
Təbriz-Culfa dəmir yolu xətti İranda ilk və yeganə elektrik dəmir yolu xəttidir.
Fransız memar Fernan Poyonun əsəri olan Təbriz dəmir yolu vağzalı 1 may 2017-ci il tarixində 31703 nömrəsi ilə İranın milli abidələri siyahısında qeydə alınıb.
- “Gözümə gün düşdü” - Aşan avtobusun sürücüsü danışdı+Video
- Prezident Qətər Əmirinə başsağlığı verdi
- I və IV qruplara imtahanlar keçirildi
- Sabah çimərliklərdə hava necə olacaq?
- Sabahın hava proqnozu açıqlandı
- TƏBİB-dən Hacıqabuldakı qəza ilə bağlı - Açıqlama
- Hacıqabulda sərnişin avtobusu aşdı: 21 yaralı
- Bakıda güclü külək, rayonlarda yağış... – Faktiki hava