Qax sakini güllələnib, qohumu saxlanılıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, ötən gün axşam saatlarında rayonun Almalı kəndi ərazisində rayon sakini Turan Məmmədovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.
İlkin araşdırma zamanı T.Məmmədova qohumu, 1991-ci il təvəllüdlü Cavidan Məmmədov tərəfindən ov tüfəngi ilə xəsarət yetirildiyi müəyyən edilib. C.Məmmədov saxlanılıb və ondan cinayətdə istifadə etdiyi həmin ov tüfəngi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
- Bakıda əməliyyat – Simonyan da açıqlama yaydı
- Rusiya XİN-dən Bakıdakı əməliyyata reaksiya
- Peskovun Bakıya qarşı absurd yanaşması...
- Səfərov qardaşlarının meyitləri qohumlarına təhvil verildi
- 19 yaşlı Abdullayevi güllələyən polis hardadır?
- Ona general-leytenant rütbəsini Sərkisyan vermişdi...
- Şahbaz Şərif Xankəndiyə gəlir
- Rusiya nə tələb edib, Azərbaycan nədən imtina edib?