Azərbaycanın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yerləşən Xankəndi şəhəri və ətraf ərazilərdə separatçı-terrorçu ermənilərin “humanitar fəlakət” bəhanəsi ilə “oturaq aksiya” şousu davam edir.
BUTA.TV xəbər verir ki. Xankəndinin mərkəzi meydanından “aksiya” keçirdiyi iddia edilən insanların əslində istirahətə çıxdığı, uşaqların isə əyləndiyi məlum olur.
Eyni zamanda Xankəndi və ətrafında “aclıq çəkdiyi” iddia edilən əhalinin toy etdiyi, restoranların səhərə qədər çalışdığını əks etdirən videolar da yayılır – baxmayaraq ki, separatçı-terrorçu dəstənin “parlamentinin mətbuat katibi” eyş-işrət məclislərindən video yaymamağı, bu videoların aparılan təbliğatı puç etdiyini bildirən çağırışı da olmuşdu.
Xatırladaq ki, Xankəndidə “humanitar fəlakət” olduğunu iddia edən erməni separatçı-terrorçular Azərbaycanın Ağdamdan istənilən qida və digər zəruri tələbat mallarını tədarük etmək barədə təklifini qəbul etmirlər. Əksinə, ötən gün Ağdam-Əsgəran yoluna beton plitələr düzərək, mümkün qida təchizatını əngəlləməyə çalışıblar.
“Aclıq çəkən” hansı insan və icma belə addım atar?
- Bəylər Eyyubov yeni vəzifədə
- Ərsin Tatar bu tarixdə Azərbaycana gələcək
- Yekaterinbruqda baş verənlərdə İran izi - Şok açıqlama
- Yekaterinburqda döyülən Gənciyev yeriyə bilmir - Video
- Bakı Moskva və Tehrana "unut" deməlidir!
- Qətlə yetirilən qardaşların meyitlərinin ekspertizası... - Professor
- Bakıda əməliyyat – Simonyan da açıqlama yaydı
- Rusiya XİN-dən Bakıdakı əməliyyata reaksiya