Binəqədi rayonunun Biləcəri qəsəbəsində vətəndaşlardan toplanan zibil pulu kəskin artırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Trend-ə Biləcəri sakinləri məlumat veriblər.
Sakinlər bildirir ki, Biləcəri bələdiyyəsi tərəfindən toplanan zibil pulu bu aydan artırılıb. Belə ki, əvvəl hər evə görə 3 manat alınırdısa, indi 5 manat tələb olunur.
Qiymət artımı qərarının kim tərəfindən qəbul edildiyi və hansı səbəblərə görə dəyişidirliyi barədə isə sakinlərə heç bir məlumat verilməyib.
Məsələ ilə bağlı aidiyyəti qurumlarla əlaqə saxlama çalışsaq da, təssüf ki, nə Biləcəri bələdiyyəsində, nə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində zənglərimizə cavab verən tapılmadı.
- Qətlə yetirilən qardaşların meyitlərinin ekspertizası... - Professor
- Bakıda əməliyyat – Simonyan da açıqlama yaydı
- Rusiya XİN-dən Bakıdakı əməliyyata reaksiya
- Peskovun Bakıya qarşı absurd yanaşması...
- Səfərov qardaşlarının meyitləri qohumlarına təhvil verildi
- 19 yaşlı Abdullayevi güllələyən polis hardadır?
- Ona general-leytenant rütbəsini Sərkisyan vermişdi...
- Şahbaz Şərif Xankəndiyə gəlir