Avtoşluq edən “Kamaz” sürücüsü saxlanıldı

12:22 - 19 İyul 2023 - GÜNDƏM

 Avtoşluq edən “Kamaz” sürücüsü saxlanıldı

Yevlaxda polisin qanuni tələbinə tabe olmayan sürücü avtoxuliqanlıq edib.

Bu barədə BUTA.TV-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, iyulun 18-də saat 12 radələrində Bakı-Qazax yolunun 260-cı kilometrliyində “Kamaz” markalı avtomobil çəkisini müəyyən etmək məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Tərəziyə dəvət olunan sürücü polisin qanuni tələbinə tabe olmayaraq avtomobili hərəkətə gətirib, patrul avtomobillərinin “Saxla” işarəsinə də məhəl qoymayaraq onların, həmçinin manevr qaydalarını pozub avtoxuliqanlıq hərəkətlərini davam etdirərək digər nəqliyyat vasitələrinin sürücülərinə qarşı da real təhlükə yaradıb.

Görülən tədbirlərlə avtomobil dayandırılıb, bu zaman sürücü düşərək qaçmağa cəhd göstərib. Lakin polis əməkdaşlarının çevikliyi sayəsində o, saxlanılıb.

Onun 37 yaşlı Balakən rayon sakini Asiman Əsgərov olması məlum olub və Yevlax Rayon Polis Şöbəsinə təhvil verilib.

Araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol