Türkiyədə rekord istilər qeydə alındı

12:48 - 19 İyul 2023 - GÜNDƏM

 Türkiyədə rekord istilər qeydə alındı

Türkiyənin cənub və cənub-şərqində yerləşən Adana və Diyarbəkir əyalətlərində yüksək temperatur qeydə alınıb. Ötən gün termometrlər müvafiq olaraq 52 və 48 dərəcəni göstərib, təkcə insanlar deyil, heyvanlar da dözülməz istidən əziyyət çəkir, küçə və meydanlar boşdur.

BUTA.TV xəbər verir ki, bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb.

“Dünən Diyarbəkir tarixinin ən isti günlərindən biri olub. Temperaturun 48 dərəcəyə çatdığı şəhərdə gün boyu küçə və meydanlar boş qalıb. Termometrlərin 52 dərəcəni göstərdiyi Adanada istidən təkcə insanlar deyil, heyvanlar da əziyyət çəkir. Heyvanları tez-tez şlanqlarla sulayırlar”, - məlumatda deyilir.

Qeyd edək ki, BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı növbəti beş il ərzində qlobal temperaturun rekord həddə çata biləcəyi proqnozunu dərc edib.

Bu xəbər hal-hazırda çox oxunur
Bəylər Eyyubov yeni vəzifədə

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol