Odessaya misilsiz zərbələr endirildi – Truxanov

14:10 - 19 İyul 2023 - GÜNDƏM

 Odessaya misilsiz zərbələr endirildi – Truxanov

Gecə saatlarında Odessaya endirilən zərbələr hərbi əməliyyat başlayandan bəri ən böyük hücum hesab oluna bilər.

BUTA.TV xəbər verir ki, bunu şəhərin meri Gennadi Truxanov deyib.

“Ən pis gecələrdən biri oldu. Biz belə bir hücum miqyasını xatırlamırıq“, - o bildirib.

Qeyd edək ki, Odessa vilayətinin limanlarından birinə gecə saatlarından endirilən zərbələr nəticəsində taxıl və neft terminalları, çənlər və yükləmə üçün avadanlıqlar sıradan çıxıb. Eyni zamanda, Odessa vilayətində sənaye obyektinə və iki anbara da ziyan dəyib.

Bu xəbər hal-hazırda çox oxunur
Bəylər Eyyubov yeni vəzifədə

Kreml bu zərbələri 17 iyulda Krım körpüsünə hücumun cavabı adlandırıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol