Çin Sədri Si Szinpin ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer ilə Pekində keçirdiyi görüşdə onu "Çinin köhnə dostu" adlandırıb.
BUTA.TV xəbər verir ki, Kissincerin bu həftə Çinə səfəri onun insan hüquqlarından tutmuş ticarət və milli təhlükəsizliyə qədər bir sıra məsələlərdə fikir ayrılığı olan Vaşinqton və Pekin arasında yaxınlaşmaya çağırış etməsi ilə əlaqədardır.
“Çin xalqı dostluğu yüksək qiymətləndirir və biz köhnə dostumuzun Çin-ABŞ münasibətlərinin inkişafına, iki ölkənin xalqları arasında dostluğun möhkəmlənməsinə verdiyi tarixi töhfəni heç vaxt unutmayacağıq. Bu, təkcə iki ölkəyə fayda vermədi, həm də dünyanı dəyişdirdi. Hazırda dünya bir əsrdə görünməmiş transformasiyanı yaşayır və beynəlxalq nizam çox böyük dəyişikliklərə məruz qalır”, - Szinpin qeyd edib.
Kissincer də öz növbəsində deyib:
“Ölkələrimiz arasındakı əlaqələr dünyada sülhün və cəmiyyətlərimizin tərəqqisinin əsasını təşkil edəcək”.
- Azərbaycanda maşın yağı bahalaşdı
- Gəncədə kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
- Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edildi
- Samur-Abşeron kanalında 1 nəfər batdı
- Haluk Levent saxlanıldı
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- Xaçmazda elektrik dirəyindən yıxılan kişi öldü
- 50 il əvvəl basdırılan “zaman kapsulu” açıldı