Rusiyaya sanksiyalar davam edəcək - Ağ Ev

01:22 - 21 İyul 2023 - GÜNDƏM

 Rusiyaya sanksiyalar davam edəcək - Ağ Ev

ABŞ Rusiyaya qarşı sanksiyaları davam etdirəcək.

BUTA.TV xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi deyib.

“Yeni sanksiyalar paketi bizim səylərimizin davamıdır və artıq neçə həftədir ki, inkişaf mərhələsindədir. Əlavə sanksiyaların tətbiqi imkanlarını araşdırmağa da davam edəcəyik”, - Kirbi bildirib.

Qeyd edək ki, ötən gün ABŞ Maliyyə Nazirliyi rusiyalı onlarla fiziki və hüquqi şəxsə qarşı sanksiyalar siyahısını genişləndirib. Sanksiyalar siyahısına 95 hüquqi şəxs və 14 gəmi əlavə olunub.

Bu xəbər hal-hazırda çox oxunur
Bəylər Eyyubov yeni vəzifədə

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol