Ukrayna hakimiyyəti son günlər Rusiyanın kütləvi hücumlarından xüsusilə təsirlənən Odessa, Nikolayev və digər arxa şəhərləri qorumaq üçün əlavə hava hücumundan müdafiə sistemləri haqqında tərəfdaşlarıyla danışıqlar aparır.
BUTA.TV xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Bu həftənin bazar ertəsindən bəri rusiyalı terrorçular Odessa vilayətinə, Nikolayevə və digər cənub şəhərlərimizə 70-ə yaxın müxtəlif tipli raketdən, 90-a yaxın “Şahid”dən istifadə ilə hücum ediblər. Təbii ki, əsgərlərimiz düşmənin bəzi raketlərini və PUA-larını vurmağa müvəffəq oldular. Ancaq hava hücumundan müdafiə qabiliyyətimiz hələ də bütün Ukrayna səmasını qorumaq üçün kifayət etmir”, - Zelenski bildirib.
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı
- Gəncədə kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
- Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edildi
- Samur-Abşeron kanalında 1 nəfər batdı
- Haluk Levent saxlanıldı
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- Xaçmazda elektrik dirəyindən yıxılan kişi öldü