Ruslar hücum əməliyyatlarını gücləndiriblər və bir neçə səbəbə görə Kupyansk istiqamətində onminlərlə əsgər toplayıb. Lakin düşmənin məqsədi Xarkova çatmaq deyil.
BUTA.TV xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Andrey Kramarov bildirib.
Onun sözlərinə görə, bu, rus ordusunun hələ də hücum potensialına malik olduğu yeganə ərazidir.
Ekspert xatırladıb ki, orada mühüm dəmir yolu qovşağı var, o, ələ keçirilsə, işğalçılar logistik marşrutu bərpa edə bilər:
"Düşmən Kupyansk istiqamətində 100 minə yaxın əsgər toplayıb. Düşmənin aktivləşməsinin bir sıra səbəbləri var - Ukraynanı ehtiyatlarından istifadə etməyə məcbur etmək, Ukrayna ordusunun hazırda cənubda və Donetsk bölgəsində səmərəli istifadə etdiyi artilleriyanı təmizləmək, döyüş potensialını tükətmək, daha bir neçə körpünü ələ keçirmək və qış üçün aktiv şəkildə sülh planını nəzərdən keçirməyə başlayanda status-kvo yaratmaq".
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı
- Gəncədə kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
- Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edildi
- Samur-Abşeron kanalında 1 nəfər batdı
- Haluk Levent saxlanıldı
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- Xaçmazda elektrik dirəyindən yıxılan kişi öldü