Ərdoğanın agenti Rusiya prezidenti olacaq - Politoloq

09:02 - 21 İyul 2023 - GÜNDƏM

 Ərdoğanın agenti Rusiya prezidenti olacaq - Politoloq

Rusiyalı biznesmen Roman Abramoviç müxalifət lideri Mixail Xodorkovski ilə dueldə Vladimir Putinin postunu tuta bilər.

BUTA.TV xəbər verir ki, bunu siyasi strateq, politoloq Mixail Şeytelman deyib.

Politoloq Abramoviçin "Vaqner"in üsyanı zamanı özünü dövlət adamı kimi göstərdiyini, Moskvadan qaçmaq əvəzinə, illər sonra paytaxta üz tutduğunu vurğulayıb.

Onun sözlərinə görə, "Vaqner"in yaradıcısının üsyanından sonra rusiyalı milyarder Moskvada tez-tez görünməyə başlayıb.

Bu xəbər hal-hazırda çox oxunur
Bəylər Eyyubov yeni vəzifədə

Şeytelman Abramoviçin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məxfi agenti olduğunu istisna etməyib:

"Ərdoğanın casusu kimdir? Abramoviç deyilmi? Yaxşı, şəxsən mənim üçün. İndi Abramoviç real gücdür? Mən belə düşünürəm".

Siyasi strateq qeyd edib ki, Rusiyaya üç komponenti özündə birləşdirən lider lazımdır - siyasi tələblər, hansısa ciddi hərbi birləşmənin dəstəyi, həmçinin milyarder:

"Abramoviçdə bunlardan ikisi var və Rusiya ordusundakı problemləri nəzərə alsaq, hərbi dəstək tapmaq o qədər də çətin deyil".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol