İranın Gilan əyalətinin Mədəniyyət və İslami Təbliğat İdarəsinin rəhbəri, İffət və Hicab Mərkəzinin təsisçisi Rza Siqqəti həmcinsi ilə intim münasibətlərinə görə işdən çıxarılıb.
BUTA.TV xəbər verir ki, bu barədə təfərrüatı açıqlamadan Gilan əyalətinin "Gil xəbər" saytı məlumat yayıb.
İranın mədəniyyət və islami təbliğat naziri Məhəmməd Mehdi İsmaili Rza Siqqətinin işdən qovulması xəbərini təsdiqləyib. Nazir R.Siqqətinin işdən azad edilməsini bir sıra nöqsanlara yol verməsi ilə əlaqələndirib.
Qeyd edək ki, homoseksullığına görə işdən çıxarılan vəzifəli şəxs Gilan əyalətində məcburi hicab qaydalarını pozan qadın və qızlara qarşı qəddarlığı ilə məşhurdur.
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı
- Gəncədə kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
- Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edildi
- Samur-Abşeron kanalında 1 nəfər batdı
- Haluk Levent saxlanıldı
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- Xaçmazda elektrik dirəyindən yıxılan kişi öldü