Rusiyalı milyarder evində ölü tapıldı

17:40 - 21 İyul 2023 - GÜNDƏM

 Rusiyalı milyarder evində ölü tapıldı

Rusiyalı milyarder İqor Kudryakov Moskvadakı evində ölü tapılıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Shot” Teleqram kanalı məlumat yayıb.

İlkin məlumatlara görə, milyarder onkoloji xəstəlik səbəbindən ölüb.

Qeyd edək ki, Kudryakov “Servis 77” qida və digər malların çatdırılması xidmətinin yaradıcısı olub, 2000-ci illərin əvvəllərində şirkətin direktorlar şurasına rəhbərlik edib. 2006-cı ildən sahibkar Moskva vilayətinin Dövlət Mənzil Müfəttişliyi Baş İdarəsinin rəisinin birinci müavini vəzifəsini tutub.

Bu xəbər hal-hazırda çox oxunur
Bəylər Eyyubov yeni vəzifədə

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol