Növbəti 3 ildə Qarabağa nə qədər insan qayıdacaq?

17:54 - 21 İyul 2023 - GÜNDƏM

 Növbəti 3 ildə Qarabağa nə qədər insan qayıdacaq?

Növbəti üç il ərzində Qarabağ və Şərqi Zəngəzur rayonları üzrə 150 mindən çox insanı qaytaracağıq.

BUTA.TV xəbər verir ki, bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

“Təkcə Qarabağ regionunda 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Şuşa şəhərində, ümid edirəm ki, gələn il birinci sakinlər gələcək, yerləşəcəklər”, - deyə Azərbaycan Prezidenti qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol