Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin etilen-polietilen zavodundan tullantı suların torpaq kanal vasitəsilə Sumqayıtçaya, oradan da təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılması faktı müəyyən edilib.
Bu barədə BUTA.TV-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.
Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, tullantı sularından götürülən nümunələr üzərində aparılan analizlərin nəticələrinə əsasən zərərli maddələrin miqdarının normadan artıq olduğu məlum olub.
Faktla bağlı zavodun direktoru Oqtay Niftəliyev barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində cərimələnib. Nöqsanların aradan qaldırılması və tullantı sularının düzgün idarə olunması məqsədilə direktora məcburi göstəriş verilib.
- Etnik repressiya Rusiyanı daxildən məhv edəcək
- “Rusiya tərəfi qardaşlarımın qətlini ört-basdır etməyə çalışır“ - Seyfəddin Hüseynli
- Bakıda qərar gözlənilir – Kremlin həssas nöqtəsi “vurulur”?
- Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət
- Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video
- Ərdoğandan Azərbaycana növbəti təşəkkür
- Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili
- Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?