Əlbəttə, Şuşanın bərpası başlanılıb, bir müddət əvvəl Baş plan təsdiq edilib və indi artıq ilk yaşayış binasının inşası layihəsi başlanıb. Həmin layihələr çərçivəsində Şuşa sakinləri evlərinə qayıdacaqlar.
BUTA.TV xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.
Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunduğunu qeyd edən dövlətimizin başçısı bildirib: “Bizim gözləntimiz odur ki, dünyadan çoxsaylı qonaqlarımız olacaq, insan axını olacaq. Çünki bu, unikal, misilsiz məkandır. Burada tarix, mədəniyyət, memarlıq və iqlim vəhdət təşkil edir. Bu, bizim böyük sərvətimizdir”.
- Bu fotoları hər kəs ən az bir dəfə görüb
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı
- Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
- Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edildi
- Samur-Abşeron kanalında 1 nəfər batdı
- Haluk Levent saxlanıldı