Bu şəhər (Şuşa – red.) qaya üzərində qurulub, qədim şəhərdir. Bu, həqiqətən də Qafqazın incisidir və Qarabağın tacıdır.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.
Hazırda tarixi memarlıq abidələrinin bərpa olunduğunu diqqətə çatdıran dövlət başçısı üç məscidin yenidən qurulduğunu da qeyd edib.
“Ümumiyyətlə, Baş plan çərçivəsində Şuşa şəhərinin bütün infrastrukturu, yeni yollar yaradılıb. Bu ilin sentyabr ayında biz 1000 şagird yerlik məktəbin açılışını edəcəyik. 90 çarpayılıq xəstəxana ilin sonuna qədər hazır olacaq. Şuşada bütün işlər Baş plan əsasında aparılır”, - İlham Əliyev vurğulayıb.
- Bu fotoları hər kəs ən az bir dəfə görüb
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı
- Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
- Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edildi
- Samur-Abşeron kanalında 1 nəfər batdı
- Haluk Levent saxlanıldı