Ermənistan sanksiyalar məsələsində AB və ABŞ-la əməkdaşlıq edərək beynəlxalq birliyin məsul nümayəndəsi kimi özünü sübut etmək üçün hər şeyi edir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Frans Press” agentliyinə müsahibəsində deyib.
“Ermənistan Aİİ-nin üzvüdür. Rusiya bizim əsas ticarət tərəfdaşımızdır. Təbii ki, ilk günlərdən biz anlamışdıq ki, Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar müəyyən problemlər yaradacaq. İrəvan da başa düşürdü ki, Moskvanın erməni həmkarlarından bu ağır iqtisadi vəziyyətdə onlara kömək etməkdə müəyyən gözləntiləri olacaq”, - Paşinyan bildirib.
Paşinyanın sözlərinə görə, sanksiyalar rejiminə əməl etmək baxımından Qərbin də İrəvandan gözləntiləri vardı:
“Rusiyalı tərəfdaşlarımızla söhbətimiz zamanı dedik ki, sizin gözləntilərinizi başa düşürük və onlara haqq qazandırmağa hazırıq, ancaq Ermənistanın sanksiyalara məruz qalması təhlükəsi olmayan qədər. Çünki Rusiya kimi nəhəng dövlət sanksiyalara məruz qalırsa, onda Ermənistan, xüsusən də belə hərbi-siyasi vəziyyətdə buna tab gətirə bilməz. Eyni şeyi Qərbə də dedik”.
- Kremlin Bakıya “hücumu”nun səbəbi: Nə istəyirmiş?
- Pezeşkian Xankəndiyə gəlir
- Azərbaycanın səfiri Rusiya XİN-ə gəldi - Video
- Etnik repressiya Rusiyanı daxildən məhv edəcək
- “Rusiya tərəfi qardaşlarımın qətlini ört-basdır etməyə çalışır“ - Seyfəddin Hüseynli
- Bakıda qərar gözlənilir – Kremlin həssas nöqtəsi “vurulur”?
- Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət
- Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video