Nəsimidə çoxmərtəbəli binada yanğın oldu

23:10 - 22 İyul 2023 - GÜNDƏM

 Nəsimidə çoxmərtəbəli binada yanğın oldu

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən BUTA.TV-a bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunublar.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən üçotaqlı mənzilin eyvanında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilin digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 150 m² olan mənzilin eyvanında 1 m² sahədə məişət tullantıları yanıb.

Bu xəbər hal-hazırda çox oxunur
Hacıqabulda sərnişin avtobusu aşdı - Yenilənib

Yanğın baş vermiş mənzil, habelə digər mənzillər yanğından mühafizə olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol