Qərar verildi: NATO-Ukrayna Şurası çağırılır

14:06 - 23 İyul 2023 - GÜNDƏM

 Qərar verildi: NATO-Ukrayna Şurası çağırılır

NATO baş katibi Yens Stoltenberq Ukrayna tərəfinin son hadisələrlə bağlı məsləhətləşmələr aparmaq üçün yeni yaradılmış NATO-Ukrayna Şurasının iclasının çağırılması tələbinə razılıq verib.

BUTA.TV xəbər verir ki, bunu NATO-nun sözçüsü Oana Lunqesku deyib.

Onun sözlərinə görə, növbədənkənar görüşün iyulun 26-da keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, dünən Vladimir Zelenski Nato baş katibi ilə danışdığını və Qara dənizdə təhlükəsizliklə bağlı məsləhətləşmələr üçün NATO-Ukrayna Şurasının çağırılmasını təklif etdiyini bildirmişdi.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda rusdilli məktəblər bağlanır

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol