ABŞ-ın keçmiş prezidenti Riçard Nikson 1994-cü ildə o vaxtkı prezident Bill Klintona yazdığı məktubda Ukraynadakı münaqişəni qabaqcadan görürdü.
BUTA.TV xəbər verir ki, bu barədə “Uoll Strit Jurnal” yazıb.
“Ukraynada vəziyyət son dərəcə təhlükəlidir. Nəzarətdən çıxsa, o zaman Bosniyada vəziyyət bunun yanında uşaq söhbəti kimi görünəcək. Amerikalı diplomatlar Ukrayna məsələsinə kifayət qədər diqqət yetirməyiblər. Ukraynanın fövqəladə əhəmiyyətini nəzərə alaraq, mən dərhal Kiyevdəki diplomatik mövcudluğumuzu gücləndirməyi xahiş edirəm”, - nəşrin yaydığı məktubda qeyd olunub.
7 səhifədən ibarət məktubu Nikson Rusiya və Ukraynaya iki həftəlik səfərindən sonra yazıb. Məktub 30 ilə yaxın gizli qalıb.
- Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota
- "Sputnik Azərbaycan"da saxlanılanların məhkəmələri keçiriləcək
- XİN məlumat yaydı
- AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia
- Peskov Bakıdakı həbslərdən danışdı
- "Sputnik"in redaktorunun evində axtarış aparıldı
- Rusiya Azərbaycana nota verdi
- Bakıda ruslardan ibarət cinayətkar dəstə saxlanıldı - VİDEO