Roma Papası Kirillə görüşmək istəyir

16:54 - 23 İyul 2023 - GÜNDƏM

 Roma Papası Kirillə görüşmək istəyir

Roma Papası Fransisk Moskva və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşmək istəyir.

BUTA.TV xəbər verir ki, bunu Dünya Köhnə Möminlər Birliyinin sədri Leonid Sevastyanov deyib.

Onun sözlərinə görə, Papa Kirilllə Domodedovo və ya Vnukovo hava limanında görüşməyi təklif edib. Belə ki, Papanın təyyarəsi Monqolustana və ya geriyə gedərkən Domodedovo və ya Vnukovo hava limanda yanacaq doldurmaq üçün dayanacaq:

“Onların ilk görüşü 2016-cı ildə Havana hava limanında baş tutub, ona görə də oxşar görüş hazırda keçirilə bilər. Hava limanı neytral zona hesab olunur. Oradakı görüş pontifikin Rusiyaya səfərinə qarşı çıxanların etirazına səbəb olmayacaq”.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda rusdilli məktəblər bağlanır

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol