Xaçatryan: Ermənistana “təcavüz riski” yüksəkdir

11:52 - 24 İyul 2023 - GÜNDƏM

 Xaçatryan: Ermənistana “təcavüz riski” yüksəkdir

Cənubi Qafqazda vəziyyət təhlükəli olaraq qalır, Ermənistanın “suveren ərazisinə qarşı təcavüz riski” son dərəcə yüksəkdir.

BUTA.TV xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçatryan İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibəsində deyib.

Xaçatryan bildirib ki, Bakı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata “məhəl qoymur”. Guya 7 aydan çoxdur ki, Laçın yolu “bağlanıb” və 120 min Qarabağ ermənisi (Hazırda Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə 30 mindən daha az erməni yaşayır -red.) ərzaq, gigiyena və dərman ləvazimatlarından “məhrum olub”.

Xatırladaq ki, Ermənistan Laçın sərhəd-buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneə törədərək, təxribata əl atdıqdan sonra məntəqə bağlanıb. Bundan sonra Bakı bir neçə dəfə Qarabağ ermənilərinə Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərməyi təklif etsə də, separatçılar bundan imtina ediblər.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda rusdilli məktəblər bağlanır

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol