Trampdan Baydenə: Bu qədər axmaqlıq olar?

12:26 - 24 İyul 2023 - GÜNDƏM

 Trampdan Baydenə: Bu qədər axmaqlıq olar?

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Pentaqonda artilleriya sursatlarının çatışmazlığını etiraf edən hazırkı dövlət başçısı Baydeni tənqid edib.

BUTA.TV xəbər verir ki, o, bu barədə “Foks Nyus”a müsahibəsində deyib.

“Hazırda nüvə silahı təhlükəsi fonunda ABŞ üçün ən təhlükəli zamandır. Və prezident postunu nə etdiyini başa düşməyən şəxs tutur. O şəxs ki, ayağa qalxıb bütün dünyaya ölkəmizdə döyüş sursatının bitdiyini deyir”, - Tramp bildirib.

O iddia edib ki, onun səlahiyyəti müddətində ABŞ-dakı hərbi anbarlar “ağzına qədər dolub”:

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda rusdilli məktəblər bağlanır

“Biz bunların hamısını onlara təhvil verdik. Əgər siz sursatların hamısını paylamısınızsa, bu, dəhşətlidir. Bundan daha pis ola biləcək yeganə şey bu barədə bütün dünyaya danışmaqdır. Bayden Çin və digər düşmən ölkələrə ABŞ-ın silah-sursatının bitdiyini söylədi. Axı sən necə axmaq ola bilərsən ki, belə bir şey deyəsən?”


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol