İstehlakçılara qaytarılan ƏDV məbləği açıqlandı

17:54 - 24 İyul 2023 - GÜNDƏM

 İstehlakçılara qaytarılan ƏDV məbləği açıqlandı

Bu ilin yanvar-iyun aylarında fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 65,2 milyon manatı geri qaytarılıb.

BUTA.TV xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilir ki, ölkədə “ƏDV geri al” layihəsi uğurla tətbiq edilir və iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verməkdədir.

Xatırladaq ki, alınmış mallara və əldə edilmiş xidmətlərə görə ödəniş nağdsız həyata keçirildikdə ƏDV-nin 17,5%-i, nağd qaydada olduqda isə 5%-i istehlakçılara qaytarılır.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda rusdilli məktəblər bağlanır

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol