Milli Paralimpiya Komitəsinin (MPK) növbədənkənar ümumi yığıncağı keçirilib.
Qurumdan BUTA.TV-a verilən məlumata görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) prezidenti İlqar Rəhimov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və komitənin üzvləri iştirak ediblər.
Növbədənkənar ümumi yığıncaqda ötəni il ərzində görülən işlər barədə hesabat, İ.Rəhimovun IBSA prezidenti seçilməsi ilə əlaqədar MPK prezidentliyindən öz arzusu ilə istefası, eləcə də Komitənin nizamnaməsinə dəyişikliyin edilməsi və rəhbər orqanının formalaşdırılması kimi məsələlərə baxılıb.
Fərid Qayıbov ölkədə idmanın inkişafı sahəsində görülən işlərə diqqət çəkib. Nazir Komitənin sabiq prezidenti İlqar Rəhimova gələcək fəaliyyətində uğurlar arzu edib.
İ.Rəhimov çıxışında Komitəyə gələcək fəaliyyətində müvəffəqiyyət arzulayıb və üzvlərdən istefasının qəbul edilməsini xahiş edib.
Sonra İlqar Rəhimovun istefası məsələsinə baxılıb və qəbul edilib.
Gündəliyə uyğun olaraq qurumun yeni prezidentinin, vitse-prezidentlərinin və İdarə Heyətinin üzvləri seçilib.
Səsvermənin nəticəsinə əsasən, Hidayət Abdullayev Komitənin yeni Prezidenti, İlham Zəkiyev və Fuad Hacıyev vitse-prezidentlər, Jalə Əhmədova və Ramilə Mahmudova isə İdarə Heyətinin üzvləri seçiliblər.
H.Abdullayev göstərilən etimada görə minnətdarlığını bildirib.
Yeni vitse-prezident İlham Zəkiyev və İdarə Heyətinin yeni üzvü Jalə Əhmədova çıxışlarında bu sahənin inkişafı istiqamətində bundan sonra da əzmlə çalışacaqlarını qeyd ediblər.
- Şahin Şıxlinski sərbəst buraxıldı
- Azərbaycan Polisi 107 yaşında!
- Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi
- Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq
- Rusiyada azərbaycanlı iş adamı və diaspor rəhbəri saxlanıldı
- Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq
- Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota
- "Sputnik Azərbaycan"da saxlanılanların məhkəmələri keçiriləcək