Azərbaycanla Naxçıvan arasında əlaqə… - İran

22:16 - 24 İyul 2023 - GÜNDƏM

 Azərbaycanla Naxçıvan arasında əlaqə… - İran

İran heç vaxt Azərbaycanla Naxçıvan arasında əlaqənin kəsilməsinin tərəfdarı olmayıb.

BUTA.TV xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian erməni həmkarı Ararat Mirzoyanla Tehranda keçirdiyi birgə mətbuat konfransında deyib.

Bölgədə kommunikasiyaların açılması məsələsinə toxunan Abdullahian bildirib ki, həm Tehran, həm də İrəvan bu yolları vacib hesab edir və fəaliyyət göstərməli olduğunu düşünür.

O bildirib ki, Azərbaycan da “Zəngəzur dəhlizi” yaratmaq və ya bu məsələdə Ermənistana əngəl törətmək niyyətində olmadığına dair təminat verib.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda rusdilli məktəblər bağlanır

Ermənistan-İran layihələrinin həyata keçirilməsinə toxunan Abdullahian qeyd edib ki, Tehran iki ölkə arasında ticarət dövriyyəsini 1 milyard dollara, növbəti mərhələdə isə 3 milyard dollara çatdırmaq (2022-ci ilin yekunlarına görə bu, təqribən 710 milyon dollar təşkil edib – red.) hədəfinə doğru ciddi şəkildə irəliləyir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol