Rusiyanın Ukraynaya zərbələr üçün istifadə etdiyi “Şahid” kamikadze dronlarını Tatarıstan regionunda yerləşən “Alabuqa Politex” kollecinin tələbələri yığırlar.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, dronların yığılması “Alabuqa” xüsusi iqtisadi zonasında məşğul olurlar.
Qeyd olunur ki, tələbələr dronların yığılması prosesində çox vaxt yuxusuz və ac şəkildə günlərlə işləməli olurlar. Onların bu işdən gəliri isə 330-440 ABŞ dolları olur.
Tələbələr bildirirlər ki, dronların yığılması prosesindən imtina etmək mümkün deyil. Prosesə cəlb olunanların iş vaxtı telefonları alınır və yoxlanılır. İnformasiyanın yayılması halında isə həmin şəxslər prosesdən kənarlaşdırılır.
- Azərbaycan və Özbəkistan bir ilə yaxındır ki... - Əliyev
- Bu türk ölkəsinin baş naziri də Xankəndiyə gəlir
- AZAL təyyarəsi ilə bağlı Rusiyadan bunu gözləyirik - XİN
- Zaxarova: İbrahimov Rusiya vətəndaşlığından məhrum edildi
- Prezidentlər mətbuata bəyanatlarla çıxış edir
- Moskva-Bakı münasibətlərini pozan “xarici qüvvələr”...
- Rusiyadan dəhliz açıqlaması: Bakının da maraqlarına uyğundur
- Prezident tapşırığı: Müşavirə keçirildi