Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsinin məqsədi var və bu, Rusiya Federal Məclisinin müvafiq qərarında öz əksini tapıb.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması şərtləri barədə danışarkən deyib.
“Orada deyilir ki, Rusiya prezidentinə əhalinin kütləvi ölümünün qarşısını almaq üçün sülhməramlılar göndərməyə icazə verilir. Bu, Rusiya Prezidentinin Federal Məclisə müraciətindəndir. Bu o deməkdir ki, sülhməramlılar Qarabağdan çəkilmək qərarına gəlsələr, deməli, orada belə bir təhlükə yoxdur. Əgər belə bir təhlükə varsa, onda Rusiya sülhməramlılarının geri çəkilməsi barədə qərarın necə verilə biləcəyini təsəvvür etmək çətindir”, - o bildirib.
Paşinyanın nöqteyi-nəzərindən geri çəkilmək qərarı Xankəndilə Bakı arasında “dialoq”un effektiv olduğunu ifadə etməlidir və tərəflər Rusiya sülhməramlılarına ehtiyac olmadığını bəyan etməlidirlər.
Baş nazir Qarabağdakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət etmək və BMT Məhkəməsinin tələblərini yerinə yetirmək imkanlarını şərh edərək, bunu mövcud vasitələrdən biri adlandırıb:
“Ermənistan bu istiqamətdə işləyir, Təhlükəsizlik Şurası ölkələri ilə əlaqə saxlayır. BMT Təhlükəsizlik Şurasına müraciət etməkdə heç bir çətinlik yoxdur. Problem qərarın qəbul edilib-edilməyəcəyi və onun necə bir qərar olacağıdır. Unutmaq olmaz ki, BMT Təhlükəsizlik Şurası siyasi qurumdur, müraciət hazırlanmalı və müzakirə olunmalıdır”.
- Azərbaycanlı şagirdlər Olimpiadada 5 medal qazandı
- Gəncədəki kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Nərimanovda çoxmərtəbəli binanın zirzəmisində yanğın - Sakinlər təxliyə olundu
- Bu fotoları hər kəs ən az bir dəfə görüb
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı