Rusiyanın sülhməramlı missiyasının “Dağlıq Qarabağ”ın (Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti nəzarətində olan hissəsi – red.) humanitar problemlərinin həllinə kömək etmək üçün hər cür imkanı var.
BUTA.TV TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdən sonra deyib.
“Əlbəttə, biz “Laçın dəhlizi” ətrafında və ümumilikdə “Dağlıq Qarabağ”da vəziyyətin həllinə xüsusi diqqət yetiririk. Biz orada yaranmış kəskin humanitar problemlərin həllinə töhfə vermək istəyirik. Bunun üçün Rusiya sülhməramlı kontingentinin bütün imkanları var. Lakin tərəflərin əməkdaşlığı olmadan bunu etmək asan deyil”, - o bildirib.
Lavrov Azərbaycan və Rusiya prezidentləri ilə Ermənistanın baş naziri arasında son illər əldə edilmiş üçtərəfli razılaşmaların bütün kompleksinin həyata keçirilməsinə yardım etməyə hazır olduğunu qeyd edib:
“Biz Ermənistan-Azərbaycan normallaşmasının bütün yolları üzrə irəliləməyi vacib hesab edirik, o cümlədən nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılması, delimitasiya məsələləri və ictimai strukturlarla ekspertlər arasında dialoqun qurulması. Biz buna hər cür töhfə verməyə hazırıq”.
Lavrovun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh müqaviləsi layihəsi üzrə həll yollarının axtarılmasına xüsusi önəm verilməsi planlaşdırılır.
- Azərbaycanlı şagirdlər Olimpiadada 5 medal qazandı
- Gəncədəki kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Nərimanovda çoxmərtəbəli binanın zirzəmisində yanğın - Sakinlər təxliyə olundu
- Bu fotoları hər kəs ən az bir dəfə görüb
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı