Yaşıl çay ekstratı komponentləri sağlamlığa təsir edə bilər.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, ABŞ-ın Con Hopkins Universiteti Tibb Fakültəsinin alimləri yaşıl çayın tərkibində olan birləşmənin qadın sağlamlığı üçün faydalarını açıqlayıblar.
Elmi araşdırma "epigallocatechin gallate" (EGCG) uterus fibroidlərinin qarşısının alınması və müalicəsində effektif olduğunu göstərib.
Klinik sınaqda müəlliflər EGCG-nin qadın xəstələrdən toplanmış uşaqlıq miomasının hüceyrələrinə təsirini araşdırıblar. Nümunələrə 24 saat ərzində hər litr qida mühitinə 100 mikromol maddənin dozası vurulub və sonra toxumada spesifik zülalların (siklin D1, fibronektin və CTGF) mövcudluğunu aşkar etməyə çalışıblar.
Fərid Əsgərovla bağlı maraqlı faktlar - Rafael Ağayevin anası üçün...
Tədqiqatçılar EGCG-nin fibronektin zülal səviyyələrini, məruz qalmamış fibroid hüceyrələrinin nəzarət qrupu ilə müqayisədə 46-52 faiz azaltdığını aşkar ediblər. Eyni zamanda, CTGF zülallarının miqdarı 86 faiz azalıb.
Bu o deməkdir ki, yaşıl çay tərkibi şiş hüceyrələrinin böyüməsi, siqnalizasiyası və metabolizmindən məsul olan siqnal yollarına müdaxilə edir.
Komanda "epigallokatehin gallatein" simptomları aradan qaldırmaq və uterus fibromalarının böyüməsini yavaşlatmaq üçün sadə və əlverişli bir seçim ola biləcəyi qənaətinə gəlib.
- İlham Əliyevin hesablarında Zirvə görüşündən paylaşım - Video
- Uraloğludan Xankəndidən təsirli sözlər - Foto
- Şərif özü və Ərdoğan üçün Xankəndidən ev istədi - Video
- Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı
- İlham Əliyevlə bu barədə razılığa gəldik - Şərif
- Elşən İbrahimov Rusiya vətəndaşlığından niyə çıxarılıb?
- Ərdoğan, Şərif və Əliyevin əl-ələ tutaraq mühüm mesajı - Video
- Hər bir məsələdə Azərbaycanın yanındayıq - Ərdoğan