“Forbes”in siyahısında yer alan rusiyalı milyarderlər tərcümeyi-hallarını “yenidən yazırlar”.
BUTA.TV xəbər verir ki, bu barədə “Moskva Tayms” (The Moscow Times) nəşri məlumat yayıb.
Bildirilib ki, oliqarxlar sərvətlərini xilas etmək və sanksiyalardan yayınmaq üçün Rusiyadan imtina etdiklərini hər vəchlə nümayiş etdirirlər. Bu oliqarxlardan biri də erməni əsilli rusiyalı milyarder Ruben Vardanyandır.
Nəşr vurğulayıb ki, bütün sərvətini Rusiyada qazanan, “Troyka Dialoq” investisiya şirkəti ilə məşhurlaşan Ruben Vardanyan indi özünü yalnız “erməni əsilli maliyyəçi” kimi təqdim edir:
“Ötən ilin sentyabrında sərvəti 1 milyard dollar qiymətləndirilən Vardanyan Rusiya vətəndaşlığından və "artsax"dan imtina edib”.
Xatırladaq ki, Vardanyan Rusiyanın layihəsi olaraq Qarabağa göndərilmişdi və Qarabağ separatçılarına “dövlət naziri” də təyin edilmişdi. “Vardanyan planı” işə yaramadı, Azərbaycanın birmənalı mövqeyindən sonra separatçılar özləri onu 112 gündən sonra zərərsizləşdirdilər. Buna baxmayaraq, Ruben Vardanyana Xankəndidə qalaraq, missiyasını “ictimai şəkildə” davam etdirmək tapşırıldı.
Hazırda isə onun sərvəti təhlükə altındadır və varidatı əlindən çıxa bilər. Buna görə də tərcümeyi-halında Rusiya ilə bağlı olan bütün “məqamları” kəsib atır.
- “Azərbaycan Uşaq Qaynar Xətti”nə 3700 müraciət daxil oldu
- 100 milyonluq işdə yeni adlar üzə çıxır - Vəzifəli şəxs həbs edildi
- Elnur Azadxanov vəzifəsindən azad edildi
- “ADY Mobile” istifadəçilərinin sayı 500 minə çatdı
- Həyət evinin rahatlığı, yoxsa bina evinin üstünlükləri?
- İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
- Prezident qəbul keçirdi - Fotolar
- "TuranBank" və ITFC arasında uğurlu əməkdaşlıq...