Azərbaycanın daha bir parataekvondoçusu Avropa Paralimpiya Çempionatında qızıl medal qazanıb.
Milli Paralimpiya Komitəsindən BUTA.TV-a verilən məlumata görə, 80 kq-da çıxış edən Əbülfəz Abuzərli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, buna qədər Azərbaycan idmançıları qitə birinciliyində 10 medal əldə ediblər. Şəhanə Hacıyeva (cüdo, 48 kq) və Xanım Hüseynova (cüdo, 70 kq) Avropa çempionu olublar. İlham Zəkiyev (cüdo, +90 kq), Dürsədəf Kərimova (cüdo, +70 kq), Namiq Abaslı (cüdo, 73 kq), Röyalə Fətəliyeva (taekvondo, 52 kq) gümüş, Sabir Zeynalov (taekvondo, 58 kq), İsmayıl Muradov (cüdo, 60 kq), Amin Şıxalıyev (taekvondo, 63 kq) və Xatirə İsmiyeva (cüdo, +70 kq) isə bürünc mükafata sahib çıxıblar.
- 10 nəfərin öldüyü yanğın: onların cəzası azaldıldı
- Çimərliyə getmək istəyənlərin nəzərinə!
- Dayılardan bacısı qızlarını sevən yeniyetməyə amansız davranış
- Bu küçədə hərəkət istiqaməti dəyişdirilir
- İvan Svetliçnıy barəsində qərar verildi
- Dronla vurulan gəminin kapitanı həlak olub - Foto
- Sabah hava necə olacaq?
- AZAL brendinin yeni vizual manifestini təqdim edib