Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə polkovnik Babək Mürsəl oğlu Ələkbərova “general-mayor” ali hərbi rütbəsi verilib.
BUTA.TV Sfera.az-a istinadən Babək Ələkbərovun dosyesini təqdim edirik:
Qeyd edək ki, Babək Mürsəl oğlu Ələkbərov 1987-ci il dekabrın 24-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olub. Həmin qəsəbədə orta məktəbi bitirib. 2003-2006-cı illərdə Cəmşid Naxçıvanski adına Liseydə təhsil alıb. 2006-2010-cu illərdə isə ləğv edilmiş MTN-in Heydər Əliyev adına Akademiyasının Sərhəd qoşunları fakültəsində ali hərbi təhsil alaraq oradan "leytenant" rütbəsində məzun olub və Sərhəd Qoşunlarının Çevik Hərəkat Qüvvələrində xidmətə başlayıb.
O, 44 günlük Vətən müharibəsində Arazboyu əməliyyatlarında böyük şücaət göstərib.
B.Ələkbərov Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana məruzə edib
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi tərəfindən bir çox orden və medallarla təltif edilib.
Eyni zamanda Ali Baş Komandan tərəfindən ona Vətən Müharibəsi Qəhrəmanı adı verilib.
Bu yaxınlarda B.Ələkbərov DSX-nin Çevik Hərəkət Dəstəsinin (ÇHD) komandanı təyin edilib.
- Azərbaycan açıq dialoqa və konstruktiv tərəfdaşlığa üstünlük verir
- ABB və iTicket-dən həyat tərzi bankçılığına doğru mühüm addım
- ABŞ yenidən İranı vurmağa başladı
- Bu avtobusun hərəkət sxemi dəyişir
- Şəmil Sadiq: Bu müəlimlərin biliyi dərin deyil - Video
- 10 nəfərin öldüyü yanğın: onların cəzası azaldıldı
- Çimərliyə getmək istəyənlərin nəzərinə!
- Dayılardan bacısı qızlarını sevən yeniyetməyə amansız davranış