Göyçayda itkin düşən 65 yaşlı qadının meyiti tapılıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Göyçay şəhər sakini, 1958-ci il təvəllüdlü Ələsgərova Lətifə Mehdi qızının avqustun 15-də itkin düşməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumata görə polis əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində 65 yaşlı qadının meyiti tapılıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Göyçayda yaşadığı evdən çıxaraq geri qayıtmayan Lətifə Ələsgərovanın meyiti bu gün axşam saatlarında Məlikkənd kəndindəki su kanalında aşkarlanıb. Onun özünə qəsd etdiyi ehtimal edilir.
Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
- Azərbaycan açıq dialoqa və konstruktiv tərəfdaşlığa üstünlük verir
- ABB və iTicket-dən həyat tərzi bankçılığına doğru mühüm addım
- ABŞ yenidən İranı vurmağa başladı
- Bu avtobusun hərəkət sxemi dəyişir
- Şəmil Sadiq: Bu müəlimlərin biliyi dərin deyil - Video
- 10 nəfərin öldüyü yanğın: onların cəzası azaldıldı
- Çimərliyə getmək istəyənlərin nəzərinə!
- Dayılardan bacısı qızlarını sevən yeniyetməyə amansız davranış