Avqustun 17-də Sumqayıtda bir evdən iki meyit tapılıb.
BUTA.TV xəbər verir ki, meyitlər şəhərin 2-ci mikrorayon ərazində yerləşən mənzillərdən birində aşkarlanıb. İlkin məlumata görə, meyitlər mənzildə yaşayan ahıl yaşında olan ər və arvada məxsusdur. Təxmin edilir ki, ölüm hadisəsi bir-iki gün əvvəl olub. Bloka yayılan qoxu qonşuları müvafiq orqanlara müraciət etməyə məcbur edib.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.
Fakt araşdırılır.
- Azərbaycan açıq dialoqa və konstruktiv tərəfdaşlığa üstünlük verir
- ABB və iTicket-dən həyat tərzi bankçılığına doğru mühüm addım
- ABŞ yenidən İranı vurmağa başladı
- Bu avtobusun hərəkət sxemi dəyişir
- Şəmil Sadiq: Bu müəlimlərin biliyi dərin deyil - Video
- 10 nəfərin öldüyü yanğın: onların cəzası azaldıldı
- Çimərliyə getmək istəyənlərin nəzərinə!
- Dayılardan bacısı qızlarını sevən yeniyetməyə amansız davranış