“İnsanlarımızın bəziləri paxıllıqdan, bəziləri isə həqiqəti anlamadıqları üçün Rasim Balayevə qarşı belə reaksiya verirlər. Rasim Balayev orada nə etməliydi?”
BUTA.TV xəbər verir ki, bu sözləri açıqlamasında “Şöhrət” ordenli tanınmış müğənni Akif İslamzadə deyib.
O, Xalq artisti Rasim Balayevin Prezidentlə görüşündən sonra haqqında səslənən ittihamlara toxunub.A.İslamzadə bildirib ki, sənət adamlarını tənqid etməkdənsə, ilk öncə, jurnalistlərin arasında sorğu aparılmalıdır:
“Onda görərsiniz ki, kimlər nədən danışır, cəmiyyətin problemləri nədir, anlayarsınız. Məsələn, mənim yaşadığım yerdə həyətin ortasında uşaq bağçası tikiblər. Avropadan biri bura gəlsə, elə bilər ki, gey klubdur. Hansı jurnalist gəlib çəkib bunu?! Xəbərləri var?! Bəs jurnalistlər hara baxır?! İnanmırsınızsa, gəlin, baxın, görün, gey kluba oxşayır, ya yox?!”
Müğənni hesab edir ki, sənət adamları bu ölkənin vətəndaşları olub deyə xalqın ağrı-acısına daim şərik olub:
“Bu gün Rasim Balayevə olan tənqidlər yersizdir. Sənətçiləri tənqid etməyin sovet dövrünə nə dəxili var? Sovet dövründə jurnalistikanın zərəri çox idi, ya sənətkarların? Ona görə deyirəm ki, sənətkarları tənqid etməkdənsə, ilk növbədə, jurnalistikamızdan danışsınlar”.
“O ki qaldı tənqidlərə, mən də Prezidentlə görüşəcəyəm. İndi mənim nəyimi tənqid edəcəklər? Məni tənqid etmək üçün o adam, ən azı, Akif İslamzadənin, yaxud Rasim Balayevin bu millət üçün etdiyinin 5%-ni etsin. O adamlar ki, adlarını gizlədirlər və yaxud internetdə fikirlərini bildirirlər, onlar açıqlasınlar ki, biz buyuq, bu xalqa bunları vermişik, Rasim Balayevdən artığıq və s. Elə adam var bəyəm? Xeyr!”, - o, əlavə edib.
Müsahibimiz düşünür ki, "sənət adamı xalqın dərdini deməlidir" deyənlərin çoxu avamlıqdan bu sözləri dilinə gətirir:
“Bu saat Rasim Balayevi tənqid edən adamların özünəməxsus nostalgiyası var. Sovet dövründə talonla yağ alan adamlar indi deyir ki, əgər mən pis yaşayıramsa, nəyə görə hamı yaxşı yaşamalıdır? Ona görə də onları dindirəndə deyirlər ki, sovet dövrü yaxşı idi. Özünün müstəmləkə altında olmağının xəbəri yoxdur, halbuki onlar qul olublar və bu gün də ona razıdırlar”.
- İrandan 100 min insan Azərbaycana qaça bilər
- Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi
- Papikyan sərhədimizə gəldi - Foto
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...